Azərbaycanda Sürücü avtobusun altında qalıb öldü - VİDEO

  • Müəllif: admin
  • 14 İyun 2017 14:02
AVTOBUS
Kürdəmir rayonunun Bakı prospektində ölümlə nəticələnən bədbəxt hadisə baş verib.
Gununsesi.info ARB TV-yə istinadla xəbər verir ki, Gəncə şəhər sakini 52 yaşlı Vahid İbrahimov, idarə etdiyi “Mersedes” markalı sərnişin avtobusunu yol kənarındakı restoranlardan birinin qarşısında saxlayıb.
Daha sonra avtobusun təkərində yaranan nasazlığı aradan qaldırmaq məqsədilə maşını avtokran vasitəsilə qaldırıb. Ehtiyatsızlıq nəticəsində avtomobil Vahid İbrahimovun üstünə düşüb. Sürücü hadisə yerində ölüb.
Hadisə şahidi: “Gördüm ki, qalıb maşının altında. Yazıq “paduşqa” dəyişirdi. Zülmlə çıxartdım. Allah köməyi olsun camaatımızın”.
Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info