Azərbaycanda tanınmış həkim koronavirusdan öldü  - FOTO

  • By admin
  • 06 Sentyabr 2021 09:38

Şəkidə həkim koronavirusun qurbanı olub.

Gununsesi.info xəbər verir ki, Şəki Rayon Mərkəzi Xəstəxanasının həkim-ginekoloqu 1957-ci il təvəllüdlü Rasimə Cabbarova dünən müalicə aldığı xəstəxanada koronavirusdan həyatını itirib.

Məlumata görə, o, bir müddət əvvəl COVID-19 virusuna yoluxub.

Qeyd edək ki, 64 yaşlı R. Cabbarova Şimal-qərb bölgəsində tanınmış ginekoloq olub.

Gununsesi.info