Azərbaycanda yeni əczaçılıq zavodu inşa olunacaq

  • By admin
  • 11 Yanvar 2017 19:26

ev-bina-tikinti-menzil-usta

 

Yanvarın 16-da İranın Kooperasiya, əmək və sosial rifah naziri Əli Rəbiinin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana səfərə gələcək.

Bu barədə “+-Economics”ə İqtisadiyyat Nazirliyindən məlumat verilib.

Məlumata görə, səfər çərçivəsində Pirallahı Sənaye Parkında əczaçılıq zavodunun təməli qoyulacaq.

Səfər çərçivəsində bir sıra görüşlər keçiriləcək, Azərbaycan-İran əlaqələrinin inkişafına dair müzakirələr aparılacaq.

 

 

Gununsesi.info