
Azərbaycandan ixrac edilən şalban, odun, budaq, çırpı bağlamaları və ya analoji formalarda yanacaq oduncağı (oduncaq talaşası və ya yonqarı; şalbanlar, briketlər, qranullar şəklində və ya analoji formalarda aqlomerasiya olunmuş və ya olunmamış mişarağzı və ağac tullantıları və skrap) ixrac gömrük rüsumuna cəlb ediləcək.
Gununsesi.info xəbər verir ki, Nazirlər Kabineti bununla bağlı “Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında” qərarında dəyişiklik edib.
İxrac zamanı bu materialların 1 kubmetri üçün 1000 dollar ixrac gömrük rüsumu tətbiq ediləcək.
Qərar dərc edildiyi gündən 30 gün sonra qüvvəyə minir.
Gununsesi.info











