“Azərbaycandan qaz idxalını artırmaq istəyirik” -Yunanıstanın Baş naziri

  • By admin
  • 01 Dekabr 2022 19:14

Azərbaycandan qaz idxalını artırmağı düşünürük.

Gununsesi.info xəbər verir ki, Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis Xəzər dənizini İtaliya ilə birləşdirən Trans-Adriatik boru kəmərinin (TAP) Azərbaycandan böyük həcmdə təbii qaz idxalı üzrə fəaliyyətinin genişləndirilməsinin nəzərdən keçirildiyini deyib.

Yunan KİV-lərinin yaydığı məlumata görə, Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektorunun (IGB) istismara verilməsi regionu daha perspektivli, enerji təhlükəsizliyini təmin edəcək gələcəyə doğru aparır.

Gununsesi.info