Azərbaycanı Avropa Məhkəməsində 3 hakimimiz təmsil edəcək

  • By admin
  • 07 Sentyabr 2016 12:29

avroparla

Azərbaycanı Avropa İnsan Haqları Məhkəməsində təmsil edəcək hakimliyə namizədlərin adları məlum olub.

Gununsesi.info AŞ PA-nın rəsmi saytına istinadən xəbər verir ki, Azərbaycanın Avropa Şurasındakı səfiri Emin Eyyubov tərəfindən AŞ PA-nın baş katibi Voytsex Savitski ünvanladığı məktubda üç namizədin adı qeyd olunub.

Onlar Kəmalə Abıyeva, Lətif Hüseynov və Rövşən İsmayılovdur.

Gununsesi.info