Azərbaycanın beynəlxalq dərəcəli hakimi öldü

  • By admin
  • 25 İyun 2020 11:33

Azərbaycan boksuna ağır itki üz verib.

Gununsesi.org xəbər verir ki, Beynəlxalq Həvəskar Boks Assosiasiyasının (AİBA) hakimlik üzrə üç ulduz kateqoriyasına daxil olan Mehman Mürsəlov 62 yaşında vəfat edib.

O, Avropa Oyunları, İslam Həmrəyliyi Oyunları, dünya və Avropa birincilikləri, həmçinin, bir sıra beynəlxalq turnirlərdə ədaləti qoruyub.

Mehman Mürsəlov Daxili İşlər Nazirliyinin İdman Cəmiyyətində məşqçi-müəllim kimi də çalışıb.

Gununsesi.org