Azərbaycanın cüdo komandası tarixində ilk

  • By admin
  • 29 Sentyabr 2019 14:49

Qazaxıstanın Almatı şəhərində yeniyetmə cüdoçular arasında keçirilən dünya birinciliyinin komanda yarışlarında Azərbaycan millisi tarixində ilk dəfə finala çıxıb.

Gununsesi.org xəbər verir ki, Azərbaycan Cüdo Federasiyasından verilən məlumata görə, yığma Çin Taypeyi, Avstraliya və Rusiya komandalarına qalib gəlib. Həlledici görüşdə rəqib Yaponiya olacaq.

Qeyd edək ki, fərdi yarışda Kamran Süleymanov (60 kq) gümüş, Vüqar Talıbov (73 kq) bürünc medala sahib çıxıb.

 

 

Gununsesi.org