Azərbaycanın neft hasilatı ilə bağlı - PROQNOZ

  • By admin
  • 13 Aprel 2017 08:29

axar-az13890733701369284706_neft

Azərbaycanda 2017-ci ildə neft hasilatı sutkada 0,79 milyon barrel təşkil edəcək.

Gununsesi.info xəbər verir ki, bu proqnoz ABŞ Energetika Nazirliyinin Energetika İnformasiyası İdarəsindən (EIA) aprel hesabatı ilə bağlı verilən məlumatda yer alıb.

Mart hesabatında proqnoz sutkada 0,8 milyona barrelə bərabər olub.

2018-ci il üçün neft hasilatı proqnozu dəyişməz qalıb. EIA-nın fikrincə, gələn il Azərbaycanda neft hasilatı sutkada 0,77 milyon barrelə bərabər olacaq.

Gununsesi.info