Azərbaycanın statusuna yenidən baxılacaq

  • By admin
  • 12 Oktyabr 2016 23:11

shahmar-1

“Qanunvericilikdə edilən müəyyən dəyişikliklər qeyri-hökumət təşkilatlarının fəaliyyətini bir qədər məhdudlaşdırmışdı. Buna görə də, Mədən Sənayesində Şəffaflığın Təşəbbüsündə İdarə Heyətinin qərarı ilə Azərbaycanın statusu “tamhüquqludan” “namizəd” statusuna endirilmişdi”.

Gununsesi.info xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) icraçı direktoru Şahmar Mövsümov MHST-nin 2013-2014-cü ilə dair hesabatlarının təqdimatında bildirib.

İcraçı direktor qeyd edir ki, əsas məsələ  Azərbaycan üzvlüyünü bərpa etməkdır: “Azərbaycana fəaliyyəti düzəltmək üçün addımlar haqqında məlumat göndərilmişdi. Biz o addımları atmağa başlamışıq. Qiymətləndirmənin nəticələri  göstərir ki,  böyük irəliləyiş olub, lakin müəyyən məsələlər qalıb.  Qazaxıstanda oktyabrın 20-də təşkilatın növbəti iclas olacaq və Azərbaycanın statusuna bir də baxılacaq”.

Onun sözlərinə görə, MHŞT-ya qoşulmaq Azərbaycan üçün çox önəmlidir: “Azərbaycan bu Təşəbbüsə qoşulan ilk ölkələrdən biri olub. İlk hesabatını açıqlayan, ilk tam hüququlu üzvlərdən biri olub. Azərbaycan bu təşəbbüsə qoşulmağa zəmanət verib.  Ölkəmiz mədən hasilatı sənayesində əldə etdiyi gəlirlər barədə tam açıqlamnı verir. Və bunu xaric üçün deyil, Azərbaycan vətəndaşları üçün edirik”.

Vüsalə RÜSTƏMOVA

Gununsesi.info