Azərbaycanın Ukraynaya sifariş etdiyi yük təyyarələrinin istehsalı ləngiyir

  • By admin
  • 02 İyul 2018 17:55

Azərbaycanın Ukraynanın “Antonoy” şirkətinə sifariş verdiyi 10 ədəd “An-178” markalı yük təyyarəsinin istehsalı ləngiyir.

Gununsesi.info Ukrayna mətbuatına istinadən xəbər verir ki, bu barədə şirkətin prezidenti Aleksandr Donets məlumat verib.

Onun sözlərinə görə, təyyarələrin istehsalına Rusiyadan alınan ehtiyat hissələrinin başqaları ilə əvəz olunmasından sonra başlanılacaq: “İki həftə bundan əvvəl Azərbaycandan olan nümayəndə heyəti bizimlə danışıqlar aparmaq üçün gəlmişdi. Deməliyəm ki, onlar məsələyə peşəkar yanaşırlar, vəziyyəti anlayırlar. Təyyarə Azərbaycana lazımdır və ona görə də işimizin tamamlanmasına qədər gözləyə bilərlər”.