Azərbaycanın yaxın dostu Ukrayna Ali Radasında komitə sədri seçildi

  • By admin
  • 21 Yanvar 2020 22:42
Gununsesi.org Moderator.az-a istinadən xəbər verir ki, yanvarın 17-də Azərbaycanın Ukraynadakı ən yaxın dostlarından biri, VIII çağırış Ukrayna Ali Radasının deputatı Aleksandr Merejko Ali Radanın xarici siyasət və parlamentlərarası əməkdaşlıq komitəsinin sədri  seçilib.
Azərbaycan ictimaiyyəti Aleksandr Merejkonu daha çox onun 2013-cü ildə Kiyevdə nəşr olunan “Dağlıq Qarabağ problemi və beynəlxalq hüquq” kitabından sonra tanıyıblar. Bu kitabın əsas xətti ondan ibarətdir ki, professor Merejko Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarından  təcili və şərtsiz çıxmasını beynəlxalq hüquq söykənərək  tələb edib. Ümumiyyətlə, bu kitab beynəlxalq hüquq nəzərindən çox obyektiv və balanslaşdırılmış bir əsərdir.
 
Qeyd edək ki, Aleksandr Merejko beynəlxalq hüquq sahəsində 110-dan çox elmi işin müəllifidir.
Professor Aleksandr Merejkonu yeni vəzifəsi münasibəti ilə təbrik edir, inanırıq ki, yaxın zamanlara formalaşacaq Azərbaycan parlamenti ilə Ukrayna parlamenti arasında əməkdaşlıq ən yüksək şəkildə inkişaf edəcək.
Gununsesi.org