Azərbaycanla bu ölkə arasında ikiqat vergitutma aradan qaldırılacaq

  • By admin
  • 16 Fevral 2021 19:48

2022-ci il yanvarın 1-dən Azərbaycan və İspaniya ikiqat vergitutmanı aradan qaldıracaq.

Bunu İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildiriblər.

Qeyd olunub ki, Azərbaycanla İspaniya arasında ikiqat vergitutmanın ləğvi barədə konvensiya 2014-cü il aprelin 23-də imzalanıb.

Sənəd 2021-ci il yanvarın 13-də qüvvəyə minib. Konvensiyanın tətbiq olunmasına isə 2022-ci il yanvarın 1-dən başlanacaq.

 

Gununsesi.info