
Ermənistanla Azərbaycan 1994-cü ildən sonra atəşkəs rejimi əldə edildiyi 20 ildən artıq müddət ərzində Qarabağda müharibə astanasındadır.
Gununsesi.info xəbər verir ki, bu barədə Beynəlxalq Böhran Qrupunun Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin mövcud durumu ilə bağlı hazırladığı hesabatda qeyd olunub.
Beynəlxalq Böhran Qrupunun ekspertlərinin fikrincə, tərəflər də təhlükənin fərqindədir. Tərəflər onun da fərqindədir ki, müharibə alovnacağı təqdirdə, regionun ən əsas iki böyük güc dövlətləri hesab edilən Rusiya və Türkiyə də prosesə cəlb oluna bilər. Hansı ki, bu ölkələrin Azərbaycan və Ermənistanla müvafiq əməkdaşlıq müqavilələri mövcuddur. İndiki məqamda nisbi sakitliyin hökm sürməsinə baxmayaraq, istənilən eskalasiya nəticəsində hadisələr qısa zaman ərzində nəzarətdən çıxa, dağıdıcı hərbi əməliyyatlar başlaya bilər. Bu, realdır. Çünki tərəflər yetərincə dağıdıcı silahlara malikdir. Növbəti eskalasiya eyni zamanda xarici investisiyaya da ağır zərbə vura bilər. Region güclərindən hər hansının Ermənistan və ya Azərbaycana ciddi təsiri, onların suverenliyini ciddi təhdid altında qoymuş olacaq. Baxmayaraq ki, hər iki ölkə yenicə müstəqilliklərinin 25 illiyini qeyd edib.
Analitiklər eyni zamanda, qeyd ediblər ki, Ermənistan Dağlıq Qarabağın təhlükəsizliyindən ciddi narahatlıq keçirdiyi üçün Azərbaycan tərəfindən gözlənilən təhlükə riskini azaltmağa çalışır. Bakıda öz növbəsində, mövcud status-kvonun uzun müddət davam etməsini qəbul etmir. Əlavə təhlükəsizlik tədbirlərinin mövcud status-kvonun möhkəmlənməsinə xidmət etdiyindən narahatçılıq keçirir.
Beynəlxalq Böhran Qrupunun ekspertləri hesab edir ki, indiki məqamda ən yaxşı variant müharibənin alovlanmasına imkan verilməməli və bu işdə Rusiya, Fransa və ABŞ fəaliyyətlərini koordinasiya etməlidirlər. Bu ölkələr Ermənistan və Azərbaycanı müharibədən çəkindirməlidir. Onlar tərəfləri münaqişənin güc yolu ilə yox, danışıqlar yolu ilə həllinə inandırmalıdırlar.
Hazırladı Mürtəza
Gununsesi.info











