Azərbaycanla İran arasında 8 sənəd imzalanacaq

  • By admin
  • 27 Mart 2018 16:36

İran prezidenti Həsən Ruhaninin Azərbaycana səfər proqramı açıqlanıb.

Gununsesi.info-ya verilən xəbərə görə, İran İslam Respublikasının prezidenti Həsən Ruhani martın 28-i günorta saatlarında Azərbaycana iki günlük rəsmi səfərə gələcək.

İran prezidenti Həsən Ruhani sabah Azərbaycan prezidenti İlham Əliyevlə təkbətək həmçinin nümayəndələrin iştirakı ilə geniş tərkibdə görüşü də keçiriləcək.  Görüşdən sonra iki ölkə arasında sənədələrin imzlanması mərasimi olacaq. Eyni zamanda videokonfrans vasitəsi ilə Astara (Azərbaycan) –Astara(İran) və Astaraçay üzərində dəmiryol körpüsünün, Masallıda İran tərəfinin tikdiyi Su Elektrik Stansiyasını və Neftçalada maşınqayırma zavodunun açılış mərasimi olacaq.

Daha sonra iki ölkə arasında sənədlərin imzalanma mərasimi olacaq.

 Azərbaycanla İran arasında əlaqələrin daha  dərinləşdirilməsi və inkişaf etdirilməsi məqsədi ilə  8 sənədin imzalanması gözlənilir.

 Daha sonra İran prezidentinin şərəfinə şam yeməyi düzənlənəcək.

 Martın 29-da isə iki ölkənin iş adamlarının iştirakı ilə Biznes Forum təşkil olunacaq  prezidentlərin iştirakı da gözlənilir.

Mürtəza

Gununsesi.info