Azərbaycanlı aparıcıya yeni vəzifə verildi

  • By admin
  • 03 Aprel 2018 22:30

“Xəzər FM” və 100.5 FM radiolarının rəhbəri Nəsib Nur yeni vəzifəyə təyin edilib.

Gununsesi.info xəbər verir ki, aparıcı açıqlamasında bildirib ki, “Dalğa TV”yə yaradıcılıq üzrə rəhbər təyin edilib:

“İş yerimiz “Xəzər Media Mərkəzi” olaraq qalır. “Dalğa TV” də həmin mərkəzə daxil olan bir qurumdur. Hazırda kanal formalaşmaq üzrədir. Mən də yaradıcılıq işlərinə və kanalın ümumi fəaliyyətinə məsul olacağam. Artıq bu gündən vəzifəmin icrasına başlamışam”.

N.Nur sözlərinə əlavə edib ki, “Dalğa TV”də yeni əcnəbi seriallar və filmlər Azərbaycan dilində yüksək keyfiyyətli dublyajla tamaşaçılara təqdim ediləcək.

Əldə etdiyimiz məlumata görə, “Xəzər FM” və 100.5 FM radiolarına isə uzun müddətdir ABŞ-da yaşayan Səxavət Nur təyin edilib. Sabah bu barədə təqdimat olacaq.

Gununsesi.info