Azərbaycanlı futbolçu “Liverpul”a qarşı

  • By admin
  • 17 Fevral 2020 10:01

Azərbaycan millisinin futbolçusu Renat Dadaşov İngiltərənin “Liverpul” komandasına qarşı oynaya bilər.

Gununsesi.org xəbər verir ki, dörd gün əvvəl İngiltərənin “Vulverhempton” klubunun 23 yaşadək komandası (U-23) ilə Birminqem Kubokunda “Leminqton”a qarşı matçda (2:0) ikinci hissədə meydana daxil olmuş Dadaşov bu dəfə çempionat çərçivəsində oyuna çıxacaq.

O, “Liverpul” U-23-nə qarşı bu gün Premyer Liqa 2 çərçivəsində meydana çıxmaq şansı əldə edəcək.

Qeyd edək ki, Renat Dadaşov artıq bir dəfə – yanvarın 29-da “Liverpul” U-23-nə qarşı oynayıb. O, Premyer Liqa Beynəlxalq Kubokunda “Liverpul” U-23-ü ilə 2:2 hesabı ilə başa çatan görüşdə 90 dəqiqə oynamış və hətta 49-cu dəqiqədə qol da vurmuşdu.

Sonradan Renatın bu qolu “Vulverhempton” klubunda yanvar ayının ən yaxşı qolu sırasına düşmüşdü.

Gununsesi.org