Azərbaycanlı hakim Çempionlar Liqasına təyinat aldı

  • By admin
  • 27 Fevral 2017 11:12

voley-12

Avropa Voleybol Konfederasiyası (CEV) azərbaycanlı hakim Eldar Əliyevə növbəti təyinat göndərib.

Gununsesi.info-nun məlumatına görə, ədalət təmsilçimiz qadın voleybolçular arasında keçirilən Çempionlar Liqasının qrup mərhələsində iş başında olacaq.

Əliyev III tur çərçivəsində baş tutacaq “Uraloçka” (Rusiya) – “Vakıfbank” (Türkiyə) duelində ikinci hakim funksiyasını yerinə yetirəcək. Matçda əsas referi isə italiyalı Roberto Boris olacaq.

Qeyd edək ki, oyun fevralın 28-də Yekaterinburqda keçiriləcək.

Gununsesi.info