Azərbaycanlı hakim-inspektor Asim Xudiyev Ərdoğanla görüşüb

  • By admin
  • 04 Avqust 2017 13:06

569622

Dünən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Avropa Liqasının üçüncü təsnifat mərhələsinin “Fənrəbağça” – “Şturm” oyununu izləyib.

Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, matçdan sonra prezident türk klubunun futbolçuları və baş məşqçisi, eləcə də oyunun hakimləri, UEFA nümayəndəsi və hakim-inspektoru ilə görüşüb.

Qeyd edək ki, matçın hakim-inspektoru azərbaycanlı Asim Xudiyev olub.

Əlavə edək ki, “Fənərbağça” iki oyunun nəticəsinə əsasən (1:1, 2:1) növbəti mərhələyə adlayıb.

Gununsesi.info