Türkiyəli müğənni Kibariyənin Azərbaycanda kimin toyuna gəldiyi məlum olub.
Gununsesi.info xəbər verir ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, məclisin sahibi şəmkirli iş adamı Vəliyev Quludur.
O, oğluna Şəmkirdə 4 gün, 4 gecə toy edib. Özəl günə Kibariyə ilə yanaşı, xalq artisti Brilliant Dadaşova, Rusiyanın məşhur qrupu “Kabriol” və başqaları dəvət alıb.
Toyun aparıcıları əməkdar artist Vəfa Zeynalova və müğənni-bəstəkar Murad Arif olub.
Qeyd edək ki, V. Quliyevin Rusiyada biznes fəaliyyəti ilə məşğuldur. O, qonşu ölkədə tanınan azərbaycanlı iş adamlarından biridir.
Gununsesi.info