
Avropa Şurası Parpalament Assambleyasının (AŞPA) payız sesisyasında qurmun Sosial İşlər, Sağlamlıq və Davamlı İnkişaf Komitəsinin iclasında azərbaycanlı millət vəkili, Sosial İşlər, Sağlamlıq və Davamlı İnkişaf Komitəsinin Avropa Sosial Xartiyası üzrə alt komitənin sədri Sevinc Fətəliyevanın hazırladığı hesabat müzakirə edilib.
Gununsesi.info xəbər verir ki, azərbaycanlı millət vəkili Sevinc Fətəliyevanın hazırladığı “Silahlı münaqişələrdə zərər çəkən uşaqların müdafiəsi” hesabatı komitədə ciddi müzakirələrə yol açmaqla, hesabatın dolğun və münaqişələr nəticəsində zərərçəkən uşaqların müdafiəsi sahəsində əsas problemlərə toxunuluduğu qeyd olunub.
Hesabat bütün dünyada müharibə və münaqişələrdə əziyyət çəkən uşaqların vəziyyətini əks etdirir. Bu münaqişələrdə uşaqlara dəyən ən dəhşətli fəsadlar onların üzləşdiyi zorakılıqlar, bu zorakı halların normallaşdırılması, onların psixologiyasına vurulan psixoloji travmalar, valideyn itkisi, bu münaqişələrdə uşaqların əsgərə dönüşü və digər faktlar, həmçinin yaranmış durumda uşaqlara necə yardım etmək, gələcəkdə uşaqların belə hallarla üzləşməməsi üçün dünya birliyinin hansı addımlar atması kimi məsələlərin həlinin vacibliyi qeyd olunub.
Müzakirələr zamanı digər parlamentarilər də öz fikirlərini bildiriblər.

Mürtəza
Gununsesi.info










