Azərbaycanlı milyarder hər kəsə bəxşiş payladı - FOTOLAR

  • By admin
  • 18 Avqust 2017 17:16
milyarder ferhad ehmedov
Bodrumda dincələn azərbaycanlı milyarder Fərhad Əhmədov yenidən gündəmdədir.  
Gununsesi.info Türkiyə mediasına istinadən xəbər verir ki, “Luna” adlı lüks yaxtası ilə dəniz səyahətinə çıxan “Nortqaz”ın keçmiş rəhbəri sahildə balıq restoranında ailəsi ilə birlikdə nahar edib.
Xanımı və 3 uşağı ilə birlikdə yemək yeyən F.Əhmədov 350 avro hesab ödəyib. Bundan başqa, 3 ofisiantın hər birinə 50 avro bəxşiş verərək təşəkkür edib.
Fərhad Əhmədov həyat yoldaşı Tatyana Əhmədova və 3 uşağının alış-verişi üçün isə 1700 avrosundan keçməli olub. Milyarder mağaza satıcısına isə 100 avro bəxşiş verib.
Gununsesi.info