Azərbaycanlı iş adamının obyektində qəza - ÖLƏN VAR

  • By admin
  • 14 Sentyabr 2017 19:31

1491579190-7364
Rusiya Federasiyasının Komi Respublikasında “Yareqaneft” mədənində uçqun baş verib.

Gununsesi.info “Qafqazinfo”-ya istinadən xəbər verir ki, hadisə nəticəsində 1 mədən işçisi həlak olub.

Rusiya Fövqəladə Hallar Nazirliyinin regional idarəsinin məlumatına görə, uçqun zamanı yerin altında 109 nəfər olub: “1 mədənçi ölüb, onun cəsədi çıxarılıb. Digər mədənçilər işlərinə davam edirlər. Onların həyatı üçün heç bir təhlükə yoxdur”.

Qeyd olunur ki, neft mədəni azərbaycanlı milyarder Vahid Ələkbərovun prezidenti olduğu “Lukoyl” şirkətinin strukturuna daxildir. Şirkətdən baş vermiş hadisəni təsdiqləyiblər.

Hazırda qəzanın hansı səbəbdən baş verdiyi araşdırılır.

Gununsesi.info