Azərbaycanlı polis rus ailəsinin həyatını xilas etdi

  • By admin
  • 22 Oktyabr 2017 19:10

yanginjpg

Rusiya Yol-Patrul Xidmətinin (YPX) əməkdaşı, soydaşımız Baxış Kərimov Sverdlovsk vilayətində dörd uşağı yanğından xilas edib.

Gununsesi.info AZƏRTAC-a istinadən xəbər verir ki, Rusiya Daxili İşlər Nazirliyinin regional idarəsi yanğının Pervomaysk qəsəbəsində baş verdiyini açıqlayıb.

İşdən qayıdan YPX əməkdaşı yolunun üstündəki evdə yanğın başladığını görüb və yanğınsöndürənləri hadisə yerinə çağırıb. Yanğınsöndürənlər gələnədək Baxış Kərimov tüstü dolu evə girərək dörd uşağı və valideynlərini xilas edib.

Rusiya DİN-i Baxış Kərimovu mükafata təqdim edib.

Gununsesi.info