
Vahid Ələkbərovun oğlu Yusif Rusiya milyarderlərin ən varlı varisi oldu.
Gununsesi.info “lenta.ru”-ya istinadən xəbər verir ki, Forbes-in Rusiya redaksiyası Rusiyann ən varlı ailələrinin reytinq siyahısını hazırlayıb.
Ən varlı ailələr siyahısına Mixail Qutserovun BİN qrupunun yaradıcıları rəhbərlik edir. Onların varidatı 9,8 mliyard dollar təşkil edir.
İkinci yeri “Striyqazmontaj” şirkətinin rəhbəri Arkadi Rotenberqin ailəsi tutur ki, onların da varidatı 2,8 milyard dollar həcmindədir.
Aleksey və Dmitriy Ananaev qardaşları ailəsinin varidatı Rotenberqlər ailəsində olduğu kimi 2,8 milyard dollar təşkil edir. Onlar “Vozrojdeniya” və “Promsvyazbank”-a rəhbərlik edirlər.
Dörüdüncü yeri 2,4 milyard dollarla Nikolay Şamalov ailəsi tutur.
Beşinci yerdə 1,7 milyard dollarlıq sərvətlər Radik və Ayrat Maymiyev qardaşları ailəsi qərarlaşıb.
Altıncı yeri 1,4 milyard dollarlıq sərvətlə Sergey və Nikolay Sarkisov qardaşalrı ailəsi, yeddinci yeri, 1,25 milyard dollar sərvətlə Bajaevlər ailəsi, səkkizinci yeri 1,2 milyard dollarla Rəhimkulovlar ailəsi, doqquzuncu yeri 1,15 milyard dollarla Maqommed və Ziyəddin Maqomedov qardaşları ailəsi, onuncu yeri 950 milyon dollarla Muçoevlər ailəsi qərarlaşıb.
Rusiya milyarderlərinin ən varlı varisləri reytinqi siyahısına isə “Lukoyl” şirkətinin sahibi Vahid Ələkbərovun 1990-cu il təvəllüdlü oğlu Yusif rəhbərlik edir.
Gununsesi.info









