Azərbaycanlı şairin şeiri Güneydə trend oldu - VİDEO

  • By admin
  • 03 Noyabr 2022 13:33

Vətənpərvər mahnıların müəllifi kimi tanınan şair, “Mənim atam qəhrəmandır” və “Mənim oğlum qəhrəmandır” layihələrinin rəhbəri Cəlal Qurbanovun o tay-bu taylı Azərbaycanın bütövlüyündən bəhs edən şeiri son günlərdə Güneydə sürətlə populyarlaşmaqdadır.

Ötən ilin martında güneyli qiraətçi xanım Samirə Tağızadə tərəfindən ifa olunaraq, “instagram”da dərc edilən şeir son günlərdə və son hadisələrin fonunda sosial şəbəkələrdə geniş paylaşılır.

Gununsesi.info həmin videonu təqdim edir:

Gununsesi.info