
Türkiyənin Qaradəniz Texniki Universitetinin Stomotologiya fakültəsində bədbəxt hadisə baş verib.
Axar.az xəbər verir ki, kimya dərsi zamanı baş verən partlayış nəticəsində azərbaycanlı tələbə qızın üzünə yandırıcı maddə sıçrayıb. Nəticədə qızın üzü faciəvi şəkildə yanıb.
Qız tələbə yoldaşlarının köməkliyi ilə xəstəxanaya çatdırılıb.
Hadisə ilə bağlı araşdırma aparılır.
Gununsesi.info











