Azərbaycanlılar San Fransisko-da ermənilərin cavabını belə verdi – Qürurverici görüntülər (FOTOLAR+VİDEO)

  • By admin
  • 25 İyul 2020 23:46

Bir qrup vətənsevər azərbaycanlı günlərdir davam edən erməni təxribatlarına cavab olaraq, Amerikanın San Fransisko şəhərindəki Xaçaturyan Erməni Mərkəzində yerləşən məktəbə girərək divarlarına ermənilər tərəfindən işğal edilən rayon və şəhərlərimizin adlarını yazıblar. “Sarı Gəlin”, “Azərbaycan”, “Xocalı”, ”Şuşa”, “Qarabağı Heç Vaxt Unutmadıq (Never Forget Karabakh)”, “Ağdam”,” Zəngəzur”, Fizuli, “TÜRK-AZ”,” Bizim ərazilərimizi geri qaytaracaqsınız”, Los-Ancelesdə etdiklərinizin bədəlini ödəyəcəksiniz” kəlmələrini yazıblar. Həm yerlilərimiz həmçinin divarların bir qismini Azərbaycan bayrağının rənglərinə boyayaraq erməni terroru əleyhinə ifadələr yazıblar. Önəmli bir qeydi bildirək ki, son vaxtlarda öz ölkələrindən xaricdə yaşayan ermənilər Los-Anceles, Paris və Belçikada azərbaycanlıların üzərinə hücum edərək onların qanını axıtmış, alçaldıcı, təxribatçı ifadələr yazmışdılar. Ermənilər həmçinin qətlə yetirdikləri general Polad Həşimovun portretini cıraraq bayrağımızı yandırmışdılar. Bu əməlləri ilə də, irqçi və aşağılayıcı ifadələrlə öz dövlətlərinin mövqeyini ortaya qoymuşdular. Erməni vətəndaşlar bununla təxribatlarını durdurmaq üçün onlara cavab zərurəti yaratmışdılar.

 

 

 

 

 

 

 

Arzu S.

Gununsesi.org