Türkiyənin Ədirnə şəhərində polis əməliyyat keçirib.
Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, əməliyyat zamanı qanunsuz yollarla xaricə qaçmaq istəyən 77 nəfər saxlanılıb.
Saxlanılan şəxslərin Azərbaycan, Suriya, İraq, Əfqanıstan, Fələstin, Tunis, Mərakeş və Əl Cəzayir vətəndaşları olduğu bildirilir.
Onlar deportasiya edilmək üçün Ədirnə Miqrasiya İdarəsinə göndəriliblər.