“Azəriqaz”da maarifləndirmə və biliklərin yoxlanılmasına başlanılıb

  • By admin
  • 16 May 2022 18:28

SOCAR “Azəriqaz” İstehsalat Birliyində işçi heyətin səriştəliliyinin və peşəkarlılığının artırılması, işçilərin bilik səviyyəsinin yüksəldilməsi daima diqqətdə saxlanılır və bu yöndə mütəmadi maarifləndirmə tədbirləri və təlimlər həyata keçirilir.

Bu məqsədlə “Azəriqaz” İstehsalat Birliyində rəhbər və mühəndis-texniki işçilərin qaz təsərrüfatının istismarı, tikinti və təhlükəsizlik texnikası norma və qaydaları, ətraf mühitin mühafizəsi və beynəlxalq standartların tətbiqi üzrə maarifləndirmə işləri aparılıb. Hal-hazırda isə işçi heyətinin biliklərinin yoxlanılması həyata keçirilir.

Gununsesi.info