“Azərişıq” ASC-yə məxsus maşın aşdı - Ölənlər və yaralılar var

  • By admin
  • 18 Sentyabr 2019 12:54

Qubada “Azərişıq” ASC-yə məxsus maşın aşıb.

Oxu.Az-ın bölgə müxbiri xəbər verir ki, hadisə rayonun Söhüb kəndində qeydə alınıb.

Hadisə nəticəsində iki nəfər ölüb, ikisi isə xəsarət alıb. Yaralılar Quba rayon Mərkəzi xəstəxanasına yerləşdirilib.

Məsələ ilə bağlı Oxu.Az-a açıqlama verən “Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev “Azərişıq” ASC-yə məxsus avtomobil yoldan çıxaraq aşdığını təsdiqləyib:

“Hadisə nəticəsində qurumun iki əməkdaşı ağır xəsarətlər alıb. Məlum hadisə ilə bağlı məsələ rəhbərliyin nəzarətindədir. Hadisənin səbəblərinin araşdırılması üçün rəhbərlik Qubadadır”.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.org