“Azərsu” daha 75 milyon dollar borca girir

  • By admin
  • 24 Avqust 2016 13:18

azersu

 

Asiya İnkişaf Bankı (AİB) Azərbaycanda su təchizatı və sanitariya üzrə investisiya proqramı çərçivəsində 75 milyon dollar məbləğində dördüncü tranşı təsdiq edib. 

Gununsesi.info bankın saytına istinadən xəbər verir ki, dördüncü tranşın vəsaiti Ağdaş və Beyləqanda su infrastrukturunun formalaşdırılması işlərinin başa çatdırılmasına ayrılacaq.

Layihənin reallaşdırılması üçün 25 milyon dolları Azərbaycan höküməti təmin edəcək.

 

Gununsesi.info