“Azərsu” Gəncə şəhəri ilə Göygöl rayonunu birləşdirən magistral yolu  bağlayıb - FOTOLAR

  • By admin
  • 24 İyul 2017 11:06

20272080_10209210169640958_1336778968_n“Azərsu” Açıq Səhmdar Cəmiyyəti “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq  bölgələrdə içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihələrinin icrasını davam etdirir. Azərbaycan hökuməti və Almaniya İnkişaf Bankının (KFW bankı) birgə maliyyələşdirdiyi “II Açıq Kommunal İnfrastruktur Proqramı” çərçivəsində Gəncə şəhərində içməli su və kanalizasiya şəbəkələrinin tikintisi sürətləndirilib.

Belə ki, hazırda Göygöldən Gəncə şəhərinə və Gülüstan qəsəbəsinə içməli  su xəttinin   və kanalizasiya sisteminin yenidən qurulması  prosesi  həyata keçirilir. Görülən işlər Azərbaycan hökuməti və Almaniya İnkişaf Bankının (KFW bankı)  birgə maliyyələşdirdiyi “II Açıq Kommunal İnfrastruktur Proqramı” çərçivəsindədir.

Gununsesi.info-ya bu haqda məlumat verən ziyarətçilərin sözlərinə görə, bir  neçə gündür ki, görülən işlərlə bağlı Gəncə şəhəri ilə Göygöl rayonunu birləşdirən magistral yolu  bağlayıblar.   Onların sözlərinə görə, baxmayaraq ki, həmin yol kifayət  qədər enlidir, lakin yol bütünlüklə bağlanıb:

“Orada su xətlərinin və kanalizasiya sisteminin qazıntısını aparılması üçün  yolun bir hissəsini  açıq saxlamaq mümkündür. Belə olan halda həm yenidənqurma işləri rahat həyata  keçrilərdi, həm də isti yay aylarında Göygölə səyahətə gedən turistlərə ciddi roblem yaranmazdı. İnsanlar  asfalt örtüyü olmayan kəndlərdən, müxtəlif yerlərdən və səhralıqlardan keçərək dincəlmək üçün Göygöl ərazisinə getmək məcburiyyətində qalıblar. Yaradılmış süni problem isə onların uzaq məsafəni vaxtında və qəzasız başa çatdırmalarına mane olur. Hər gün minlərlə insan  buna görə  narazılığını ifadə edir.Turizmi inkişaf etdirən ölkə olaraq, iş prosesini apararkən bunları da nəzər almalıydılar”.

Qeyd edək ki, Gəncə şəhərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi Gəncə şəhəri ilə yanaşı, Göygöl rayonunun Murovdağ qəsəbəsi, Hacıməlik və Mollacəlilli kəndlərini əhatə edir və 2035-ci ilədək perspektiv inkişaf nəzərə alınmaqla 450 min nəfərin su təchizatı və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılmasına hesablanıb.

Xatırladaq ki, layihə üzrə tikinti-quraşdırma işlərinin 2018-ci ildə başa çatdırılması nəzərdə tutulub.

20403437_10209210169000942_1366758014_n 20427844_450791728653675_1928006498_n 20370824_450791745320340_344991879_n 20347978_450791721987009_1888542614_o

Gülnaz Qənbərli

Gununsesi.info