Azad Rəhmovu kim əvəz edə bilər? - Gənclər və idman naziri postu elə bir şəxsə tapşırılacaq ki...

  • By admin
  • 07 May 2021 09:05

 Gənclər və İdman naziri Azad Rəhimovun vəfatından bir həftə ötməmiş onun postuna kimin təyin olunacağı barədə müzakirələr başlayıb. Mediada müxtəlif məmurların adları çəkilir, ehtimallar və mülahizələr irəli sürülür.

Onların sırasında Dispora ilə iş üzrə dövlət komitəsinin sədri Fuad Muradov, Prezident Administrasiyası Gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri, Birinci vitse-prezidentin köməkçisi Yusuf Məmmədəliyev, gənclər və idman nazirinin müavini İntiqam Babayev, hazırda Heydər Əliyev Fondunda çalışan Prezident Administrasiyasının keçmiş şöbə müdürü Elnur Aslanovun da adları var.

Şübhəszi ki, bu dəfədə hökumətdə yeni kadr təyinatları ilə bağlı ənənədən kənara çıxılmayacaq. Əvvəlcə onu qeyd edk ki, mərhum Azad Rəhimov hakim komandada nüfuzlu nazirlədən biri olub, ona xüsusi münasibət, etimad göstərilib. Böyük ehtimalla Gənclər və idman naziri postuna təyinat onun 40 mərasimindən sonra həyata keçiriləcək. Bundan əvvəl də vəzifə başında vəfat edən yüksək çinli məmurların vəziflərinə təyinat bir neçə aydan sonra aparılıb.

İkincisi, bu günlərdə keçmiş Səhiyyə naziri Oqtay Şirəliyev və “Azərsu” ASC-nin keçmiş sədri Qorxmaz Hüseynovun yerinə əvəzedicilər təyin edilib və bu şəxslər həmin strukturlarda uzun müddət yüksək vəzifə tutan şəxslərdir. Görünür, hakimiyyət rəhbərliyi kadr məsələlərini ciddi şəkildə götür-qoy etdikdən sonra həll etməyə qərar verir. Bu baxımdan, Azad Rəhimovun yerinə hələlik əvəzedici məmur təyin edilə bilər. Üçüncüsü, Gənclər və İdman Nazirliyi dövlətin gənclər siyasətini icra edən, milyonlarla insanın fəaliyyətini, inkişafını təmin edən mühüm dövlət təsisatıdır. Hökumətin strategiyasında bu sahənin daha da inkişaf etdirilməsi, dövrün tələblərinin ən yüksək səviyyədə qarşılanması kimi məslələr var. Bu amilin kadr təyintaında başlıca meyarlardan biri olacağı şübhəszidir. Daha sonra bütün yeni kadrlar keçmiş fəaliyyətinə, təhsilinə, təcrübəsinə, idarəetmə bacarıqlarına, naliyyətlərinə uyğun olaraq irəli çəkilir.

Təmiz reputasiya da burada önəmli rol oynayır. Dövlət idarəçiliyində köklü islahatlar kursunun həyata keçirldiyi hazırki dönəmdə gənclər camiyyəsində nüfuz qazanmış, bu istiqamətdə həyata keçirilən dövlət siyasətinə bələd olan kadrların şansrı daha yüksəkdir.

Medianın Gənclər və idman naziri postuna irəli sürdüyü namizədlərə gəlincə, onların bəzilərinin bu postu tutmaq imkanı var.

Şəxslər üzrə konkretləşdirsək, İntiqam Babayev ən yaxşı halda yeni təyinata qədər nazir vəzifəsinin əvəzedicisi ola bilər. O, yuxarıda qeyd olunan performans nümayiş etdirə bilməyib. Hakimiyyət bu sahədə ciddi yeniliklər etməklə böyük gözləntiləri olduğunu nümayiş etdirib. İ. Babayevin 20 illik vəzifə karyerasında parlaq naliyyətləri olmadığından bu kateqoriyaya uyğun gəlmir.

Yusif Məmmədəliyev isə hazırda iki yüksək post tutur. Onun bundan əvvəl Təhsil naziri olmaq şansı olsa da, son anda adı namizədlər sırasından çıxarılıb. Belə görünür, Məmmədəliyev haqqında hazırki imkanlarından daha böyük gözləntilər yoxdur.

Elnur Aslanova gəlincə, onun adının yüksək dövlət vəzifəsinə təiyantda hallandırılması bir qədər təəccüblüdür. PA-nın keçmiş rəhbəri Ramiz Mehdiyevin “sağ əli” olmuş Aslanov, hakimiyyətdən”vurulmuş” kadrlardan biridir. Hazırda çox güman özünün israrlı xahişlərindən sonra Heydər Əliyev Fondunda şöbə müdürü vəzifəsinə təyin olunub.

Bu posta ən çox şanslı hesab olunanlardan biri isə Fuad Muradovdur. Furad Muradov isə dövlətin gənclər siyasətinin liderlərindən biri olub, üç dəfə deputat seçilib və daha sonra Disapora ilə İş Üzrə Dövlət Komitəsinin rəhbərliyinə irəli çəkilib. Yəni mətbuatda hallandırılan şərti rəqibləri arasında etimad pilləsində yüksələn yeganə şəxsdir. Onun sədrliyi dövründə haqqında mənfi imic yaranmayıb, əksinə, 44 günlük Vətən müharibəsi dövründə xaricdəki diasporun dövlətə dəstəyini yüksək səviyyədə təşkil edib. Təcrübə göstərir ki, Prezident İlham Əliyev kadrları həm də müharibədə öz vəzifələrini necə yerinə yetirdiyinə əsaslanaraq qiymətləndirir. Məsələn “Azərkosmos” Agentliyinin sədri Rəşad Nəbiyevin Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri kimi yüksək posta təyin olunmasında onun müharibədə göstərdiyi xidmətlərin rol oynadığı barədə fikirlər var. Əlbəttə, məmurları təyin etmək, azad etmək Prezidentin müstəsna səlahiyyətidir.

Onun Gənclər və idman naziri postuna kimi təyin edəcəyi məlum deyil. Burada adları qeyd edilən şəxslərdən bir də ola bilər, yaxud tamamilə gözlənilməyən təyinat da gerçəkləşdirilə bilər.

 

Pərviz Həşimli

Gununsesi.info