“Azadlıq” qəzetinin əməkdaşı Faiq Əmirli həbs edildi

  • By admin
  • 09 Aprel 2020 15:40

“Azadlıq” qəzetinin əməkdaşı, Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimlinin köməkçisi Faiq Əmirli inzibati qaydada həbs edilib.

Gununsesi.org-un APA-ya istinadən məlumatına görə, Səbail rayon Məhkəməsində hakim Ülviyyə Şükürovanın sədrliyi ilə keçirilən məhkəmə prosesində Faiq Əmirli barəsində 30 sutka inzibati həbs qərarı verilib.

O, İnzibati Xətalar Məcəlləsinin 211-ci (“Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması”) maddəsi ilə ittiham edilib.

Gununsesi.org