Azadlıq radiosunun prezidenti: "Bu, Amerikanın düşmənlərinə böyük hədiyyədir"

  • By Günel
  • 16 Mart 2025 14:35

“Amerikanın səsi” və “Azadlıq radiosu fəaliyyətini dayandırıb.

Bu, prezident Donald Trampın mediaların işinə nəzarət edən ABŞ Qlobal Media Agentliyi ilə bağlı verdiyi qərardan sonra baş verib.

Martın 14-də açıq ABŞ Qlobal Media Agentliyi də daxil olmaqla yeddi federal agentliyin fəaliyyət miqyasının əhəmiyyətli dərəcədə azaldılması nəzərdə tutulurdu.

“83 ildə ilk dəfə əfsanəvi “Amerikanın Səsi” kəsildi”, – “VOA”-nın direktoru Maykl Abramovitz yazıb. Azadlıq Radiosunun prezidenti Stiven Kapus isə deyib ki, qrant sazişinin dayandırılması Amerikanın düşmənlərinə böyük hədiyyədir:

“İran ayətullahları, Çinin kommunist liderləri, Moskva və Minskdəki avtokratlar 75 ildən sonra AzadlıqRadiosunun işinin dayandırılımasını bayram edəcəklər. Düşmənlərimizin bu qələbəni əldə etməsi onları gücləndirəcək, Amerikanı zəiflədəcək”.

 

Günel

Gununsesi.info