AZAL-ın işçisi Amerikada 790 min dollara ev aldı -Fotolar

  • By admin
  • 20 Dekabr 2021 13:18
AZAL-ın Amerikadakı təmsilçisi Elnur Ələkbərov bu ilin iyununda Nyu Yorkda 790 min dollara mənzil alıb.
Gununsesi.info xəbər verir ki, bu barədə jurnalist Cavanşir Həsənli məlumat yayıb.
O bildirib ki, Nyu Yorkda, şəhərin 3567 Shore Pkwy #H3A, Brooklyn, NY 11235 ünvanında yerləşən mənzilin qiyməti 790 min dollardır. Mənzili Elnur Ələkbərova türk əsilli Nyu York Akgök ailəsi satıb.
Qeyd edək ki, Elnur Ələkbərov 2017-ci ildən Nyu Yorkda AZAL-ın törəmə müəssisəsi kimi qeydiyyata alınmış AZAL TRAVEL INC. şirkətininin direktorudur.
Gununsesi.info