AZAL işçi axtarır

  • By admin
  • 01 Sentyabr 2016 13:07
AZAL
 AZAL  işləmək üçün stuyardessa axtarır.
“Azərbaycan Hava Yolları” xanımlar arasında təyyarə bələdçilərinin işə qəbulunu elan edir. Bu barədə məlumat Gununsesi.info-ya AZAL mətbuat xidmətindən verilib.
AZAL-dan bildirilib ki, “Azərbaycan Hava Yolları” QSC xanımlar arasında təyyarə bələdçisi vəzifəsinə sənəd qəbulu elan edir. Sənəd qəbulu sentyabrın 1-dən oktyabrın 1-dək saat 10.00-dan 12.00-a kimi aparılacaq.
 
Namizədlər müsabiqə yolu ilə seçiləcəklər.
 
Müsabiqədə yalnız  18 yaşından 30 yaşınadək, boyu 165 sm-dən az və 180 sm-dən çox olmayan; azərbaycan, rus, inglis və ya digər xarici dillərdə sərbəst danışmağı bacaran, xoş xarici görünüşə malik xanımlar iştirak edə bilər.
 
Müsabiqədə iştirak üçün aşağıdakı sənədlərin əsli və surətləri tələb olunur:
– şəxsiyyət vəsiqəsi;
– bir fotoşəkil (3х4);   
– xarici pasport;
– diplom, tibbi və xarici dil sertifikatları (əgər mövcuddursa). 
Bütün sənədlər “Azərbaycan Hava Yolları” QSC-nin Heydər Əliyev Beynəlxalq Hava Limanında yerləşən Personalla iş üzrə Baş İdarəsinə təqdim olunmalıdır.
Gununsesi.info