Azay Quliyev Ermənistandakı inqilabdan danışır - VİDEO

  • By admin
  • 26 Aprel 2018 11:25

Ermənistanda 14 gündür ki, etiraz aksiyaları keçirilir. Əvvəl gündən Serj Sarqsyanın baş nazir seçilməsinə etiraz edənlər, əsas şüarları “rədd et Serji” olanlar, onu hakimiyyətdən uzaqlaşdırandan sonra da etirazlarına ara vermədilər.

Aksiyalar davam edir. Ekspertlər baş verənləri çevriliş saymırlar. Bunu ermənilərə xas terrorçu davranışa oxşadırlar.

Bu gün Ermənistanda baş verənləri əslində dövlətin zəifliyinin göstəricisi adlandırırlar.

Ermənistanda siyasi proseslərin gərginləşəcəyi ölkədə vəziyyət nəzarətdən çıxacağına dair proqnozlar səslənir.

Gununsesi.info xəbər verir ki, mövzu ətrafında Real Tv-nin qonağı olan ATƏT Parlament Assambleyasının vitse-prezidenti, millət vəkili Azay Quliyevlə müzakirələr aparılıb.

Verilişə videomaterialda baxa bilərsiniz.