Azərbaycan 2026-cı ili də AŞ PA-da olmayacaq

  • By admin
  • 10 Dekabr 2025 14:43

Gələn ay Avropa Şurası Parlament Assambleyasının qış sessiyası öz işinə başlayır.

İlin ilk sessiyasında Avropa şurasına üzv dövlətlərin deputat qruplarının mandatı yenidən təsdiqlənəcək.

Gununsesi.info-nun xəbərinə görə,  Milli Məclisdəki mənbələrdən əldə etdiyi məlumata görə, 2 ildir ki, AŞ PA-nın fəaliyyətindən kənarda qalan Azərbaycan nümayəndə heyəti bu il də Strasburqa getməyi düşünmür. 

 

Qeyd edək ki, Azərbaycan nümayəndə heyəti 2024-cü ilin yanvarından AŞ PA-dan kənarda qalıb.

Buna səbəb Azərbaycanda insan hüquqlarının durumu göstərilib.

Bunu nəzərə alan AŞ PA Azərbaycan deputat qrupunun mandatını təsdiqləməkdən imtina edib.

Azərbaycan isə AŞ PA-nı ölkəmizə qarşı qərəzli olmaqda ittiham edir.

Qurumdakı nümayəndə heyətimizin başçısı olmuş  Səməd Seyidfov  Gununsesi.info-ya açıqlamasında bildirib ki, Azərbaycana münasibət dəyişmədiyi üçün 2026-cı ilin sessiyasına getməyi düşünmürr: “Biz Avropa Şurasının üzvüyük. Qurumun digər strukturlarının işində iştirak edirik. Amma AŞ PA da fəaliyyətimiz yoxdur. Bunun da günahını AŞ PA-da axtarmaq lazımdır. AŞ PA bugün Avropa Şurasının   baş katibinin  iradəsinin əleyhinə çalışır.  

 

 

Günay Mahirqızı

Gununsesi.info