Azərbaycan neftinin qiyməti 107 dolları ötdü

  • Müəllif: Firuzə
  • 08 Sentyabr 2026 09:12

Dünya bazarında Azərbaycan neftinin qiyməti artıb.

Gununsesi.info   xəbər verir ki, Azərbaycanın “Azeri Light” markalı neftinin qiyməti əvvəlki göstərici ilə müqayisədə 3.11 ABŞ dolları və ya 2.98% artaraq bir barel üçün 107.31 ABŞ dollarına çatıb.

Qeyd edək ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.

Gununsesi.info