Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü keçirilir - YENİLƏNİB

  • Müəllif: Firuzə
  • 21 İyul 2026 11:54

Azərbaycan Prezidenti İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə təkbətək görüşü başa çatıb.

Gununsesi.info  xəbər verir ki, bununla bağlı Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

***

Azərbaycan Prezidenti İlham Əliyev Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə görüşmək üçün Berlindəki “Villa Borsig” iqamətgahına gəldi.

Gununsesi.info xəbər verir ki, Almaniya Prezidenti Frank-Valter Ştaynmayer dövlətimizin başçısını qarşıladı.

Prezident İlham Əliyev burada xatirə kitabını imzaladı.

Hazırda Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü keçirilir.

Gununsesi.info