“Azercell” yeni loqosu

  • By admin
  • 21 İyun 2019 20:37

Azərbaycanın mobil rabitə operatoru “Azercell Telekom” MMC yenilənmiş loqosunu təqdim edib.

Gununsesi.org-un məlumatına görə, yeni loqo özündə yeni üslub və yeni istiqamət əks etdirir.

Şirkət, həmçinin yeni şüarını da təqdim edib – “Rəqəmsal dünyanı yarat”.

Yeni loqonun təqdimatı Heydər Əliyev mərkəzində keçirilib. Şirkət tərəfindən keçirilən rebrendinq münasibətilə “Rəqəmsal səma altında” adlı möhtəşəm şou təşkil olunub.

Gununsesi.org