“AZTV sədrini öldürməyə göstəriş verməmişəm” - MƏHKƏMƏ

  • By admin
  • 20 Aprel 2018 11:55

Bakı Ağır Cinayətlər Məhkəməsində “Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri” QSC-nin sədri Arif Alışanovu öldürməyə cəhddə, ona qarşı dələduzluq etməkdə və digər cinayətlərdə təqsirləndirilən Şücayət Əkbərov, Qoçalı Cəbiyev, Zöhrab Şirinov və Aqşin Hüseynovun barəsində olan cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Gununsesi.info APA-ya istinadən xəbər verir ki, hakim Əfqan Hacıyevin sədrlik etdiyi iclasda təqsirləndirilən Zöhrab Şirinov vəkilin suallarını cavablandırıb.

O bildirib ki, həbs olunan zaman vəkillə təmin olunmayıb, müəyyən hüquqları pozulub. Onun sözlərinə görə, Ş. Əkbərov Arif Alışanovu öldürmək üçün göstəriş verməyib.

Qeyd edək ki, təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 29,120-ci (qəsdən adam öldürməyə cəhd), 178-ci (dələduzluq) və digər maddələrinə əsasən ittiham olunurlar.

Gununsesi.info