Bərdədə ev yandı

  • By admin
  • 21 Noyabr 2016 22:00

yanan-ev-yangin-yanqin-yangin

Bərdədə yanğın hadisəsi qeydə alınıb.

Gununsesi.info-nun Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Bərdə rayonu, Böyük Göyüşlü kəndində vətəndaşa məxsus ümumi sahəsi 88 m² olan birmərtəbəli 3 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları 28 m² sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Gununsesi.info