Meksikanın paytaxtı Mexikoda təşkil olunan toy mərasimi bəyin keçmiş sevgilisinin toya gəlməsi ilə kabusa dönüb.
Moderator.az xəbər verir ki, bəylə sevgili olduqları öyrənilən qadın keçmiş sevgilisinin başqa biri ilə evlənəcəyini öyrənib və toya gəlib. Toy keçirilən zala girən qadın yüksək səslə qışqıraraq “Evlənə bilməzsən. Səni sevirəm” deyərək bəyə səslənib.
Bəyin yaxın qohumları olan iki şəxs əvvəlcə qadını toy zalından uzaqlaşdırmaq istəsələr də qadın onların əlindən çıxaraq gəlinə hücum edib.
Qısqanclıqdan gözü dönən qadını qonaqlar zorla sakitləşdirib və toy zalından çıxarıblar.