BƏƏ-də 7 qadın parlamentə seçilib

  • By admin
  • 06 Oktyabr 2019 23:04

Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) keçirilmiş seçkilərin ilkin nəticələrinə görə 7 qadın Federal Milli Şuranın – parlamentin deputatı olub.

Gununsesi.org RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə ölkənin Milli Seçki Komissiyası bildirib.

Qeyd edilir ki, bu, 2015-ci ilin seçkiləri ilə müqayisədə ciddi nəticədir. Həmin vaxt Ras-əl-Hayma əmirliyindən yalnız 1 qadın qanunverici orqanın üzvü olub.

Ölkə rəhbərinin qanunverici orqanda kişi və qadınların bərabər təmsilçiliyi ilə bağlı fərmanına uyğun olaraq daha 13 qadın parlamentə təyin ediləcək.

Seçkilərdə 20 deputat yeri uğrunda kəskin mübarizə gedib. Bu yerlərə 479 əmirlik üzvü iddialı olub. Onlardan 180-i qadınlardır.

 

 

Gununsesi.org