Bədəndən gələn bu qoxular diabetə işarədir

  • By admin
  • 28 İyul 2022 14:03

Avropa Tibb Mərkəzinin endokrinoloqu, diabetoloq Əlfərac Anasın sözlərinə görə, uzun müddət şəkərli diabetdən əziyyət çəkən xəstələrin bədənindən aseton və yayetişmiş meyvə qoxusu gələ bilər.

Gununsesi.info xəbər verir ki, həkim bu barədə “Gazeta.ru”-ya danışıb. Mütəxəssisin fikrincə, buna səbəb insulinlə bağlı problemlərdir. Sağlam bir bədəndə enerji mənbəyi kimi lazım olan qlükoza hüceyrələrə buraxılır. Əks halda bədən enerji və “yanacaq” əldə etmək üçün alternativ yollar seçməlidir.

“İnsulinlə bağlı problem yaranarsa, qlükoza lazım olan yerə çatmır və qanda şəkər toplanır. Bu səbəbdən hüceyrələr ac qalır. Bu zaman hüceyrələrdə şəkər olmadıqda bizə enerji verən başqa bir mexanizm işə salınır: orqanizm ehtiyatda olan yağdan istifadə etməyə başlayır. Yağların parçalanmasının nəticəsi enerji üstəgəl asetondur (keton cisimləri). Aseton və ya keton qanda toplanır, sonra qan dövranı nəticəsində mədədən və ağızdan özünəməxsus qoxu verir. Bu, aseton qoxusu və ya çürümüş meyvə qoxusuna yaxındır. Aseton qoxusu insanın uzun müddətdir şəkər xəstəsi olduğuna işarə edir”, – həkim izah edib.

Gununsesi.info