Bədəni toksinlərdən təmizləyən ən təsirli çaylar

  • By admin
  • 16 Mart 2024 08:33

Ödəm və toksinlər çox vaxt bədəndə şişkinliyə səbəb olur.

Gununsesi.info medicina.az-a istinadən bədəni toksinlərdən təmizləyən ən effektli çayları təqdim edir:

Qatırquyruğu çayı

Qatırquyruğu otunu nanə, şüyüd, razyana kimi bitkilərdən hər hansı biri ilə qarışdıraraq istifadə etmək lazımdır.

Bu otları qarışdırıb çay kimi dəmləyə bilərsiniz. Əldə etdiyiniz çay həzm üçün faydalıdır, xüsusən də ağciyərlərdəki bəlğəmi təmizləyir və soyuqdəymənin qarşısını alır. Ən əsası isə bədəndən toksinlərin atılmasını asanlaşdırır.

Kəklikotu çayı

Bu çayın həzmsizlik və əsəb problemlərinə yaxşı təsir etdiyi bilinir. Kəklikotu həm də öd kisəsi və qaraciyərin fəaliyyətini tənzimləyir, bu da böyrəklərdən toksinlərin çıxarılmasına kömək edir.

Kəklikotu çayı oksidləşdirici stressi azaltmağa kömək edən yüksək antioksidant tərkibinə görə iltihabı aradan qaldırır. Bu çay antiinflamatuar xüsusiyyətlərə malikdir.

Çiyələk yarpağı çayı

Bədəndə toksinlərin çoxalması sidik turşusunun yığılmasına və gut probleminə səbəb ola bilər. Bunun üçün ən yaxşı həll yolu çiyələk yarpaqlarından hazırlanan çaydır. Ödəmdən xilas olmaq üçün bərabər miqdarda nanə, qaragilə yarpağı və çiyələk yarpaqlarını bir stəkan qaynar suda dəmləyib istehlak edə bilərsiniz.

Bu çayı gündə bir stəkandan artıq içmək məsləhət deyil.

 

Gununsesi.info