Bəhram Bağırzadənin qoşulduğu ECMO aparatı nədir?

  • By admin
  • 15 İyun 2020 12:04

Xəbər verdiyimiz kimi, hazırda Mərkəzi Gömrük Hospitalında koronavirusla mübarizə aparan Əməkdar artist Bəhram Bağırzadə Ekstrakorporal Membran Oksigenasiya (ECMO) aparatına qoşulub.

Gununsesi.org-un xəbərinə görə, ötən gün Mərkəzi Gömrük Hospitalının rəis müavini Bəxtiyar Musayev “Qafqazinfo”ya açıqlamasında bildirmişdi ki,  ECMO – ekstrakorporal membran oksigenlənmə cihazı olub, ağciyər və ürək yerinə 2-3 həftə funksiya göstərərək, mövcud olan problemin həlli üçün həkimlərə vaxt qazandıran bir müalicə üsuludur. Həkim, eyni zamanda, Azərbaycanda koronaviruslu xəstələrə ECMO aparatının ilk dəfə Bəhram Bağırzadədə istifadə edildiyini bildirib.

 

 

Gununsesi.org